AZ

Şəkidə ağır qəza - ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.

Hakimiyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
26
25
hakimiyyet.az

10Mənbələr