Yataqxana infrastrukturuna malik peşə təhsili müəssisələrinin siyahısı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşağıdakı peşə təhsili müəssisələrinin yataqxanaları var:
- İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
- Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
- Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
- Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi
- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
Milli.Az