Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Trend xəbər verir ki, nəticədə "VAZ"ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb.
Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.