EN

Azərbaycan-Vatikan münasibətlərinin inkişafı müzakirə edildi (FOTO)

Bakı. Trend:

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriRamin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərçərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini,arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan iləMüqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədəinkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarasıdialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyətivurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinimüxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsiistiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflıməlumat verib.

Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətindəaparılan məqsədyönlü dövlət siyasəti multikultural və tolerantmühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlaraverdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqunmöhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.

Ramin Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövlətitərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, ibadətməkanlarının bərpası və qorunması istiqamətində mühüm addımlaratılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti MehribanƏliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikandadini-mədəni abidələrin bərpa və qorunması istiqamətində həyatakeçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramınifadəsi olduğunu vurğulayıb.

Edgar Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərininkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşmanaminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni,tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarasıəlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb.Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışanDövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərinbəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

Azərbaycan-Vatikan
Azərbaycan-Vatikan
Azərbaycan-Vatikan
Azərbaycan-Vatikan
Azərbaycan-Vatikan
Chosen
37
3
az.trend.az

4Sources