EN

Lisey və gimnaziyalara qəbul imtahanı ilə bağlı 289 şagirdin nəticəsi yenidən ləğv edilib

Bakı. Trend:

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbulimtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunanuyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

Bu barədə Trend-ə Təhsil İnstitutunun Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb vəkomissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluqmüşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyatakeçirilib.

Sözügedən komissiya tərəfindən 14–18 iyul tarixlərindəvalideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavəqiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanışagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşarsəviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlarverilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahannəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahannəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bubarədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərindəyerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbulimtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqlarınaraşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davametdirilir.

Chosen
31
34
az.trend.az

10Sources