EN

Bir düymə taleyinizi dəyişə bilər: İxtisas seçimindəki QIZIL QAYDALAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Hər il minlərlə abituriyent üçün ixtisas seçimi həyatlarındakı ən önəmli qərarlardan biri sayılır. 

Bu mərhələdə doğru seçim etmək gələcək kariyera həyatının təməli sayılır. Bu il müəyyən sahələrə müraciətlərin artacağı, bununla da həmin ixtisaslarda keçid ballarının yüksələcəyi ehtimal olunur. Xüsusilə hüquq, informasiya texnologiyaları və tibb sahələrinin abituriyentlər arasında üstünlük təşkil edəcəyi gözlənilir. 

Bəs ixtisas seçimi mərhələsində nələrə diqqət edilməlidir? 

“Cebheinfo.az” - a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ixtisas seçimi zamanı maraq, qabiliyyət, keçid balı və əmək bazarının tələbləri nəzərə alınmalıdır: 

“İxtisas seçimi zamanı diqqət edilməli ilkin məsələ şəxsi maraq və qabiliyyətlərin uyğunluğudur. Abituriyent seçəcəyi ixtisasda uğurlu olmaq və gələcək peşə sahəsini mənimsəməklə əlaqədar güclü maraq hiss etməlidir. Abituriyentin balı Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi minimum keçid balını ödəməlidir. 

Əgər abituriyent III ixtisas qrupu üzrə 200 bal toplayıbsa, 600 ballıq ixtisası arzu etməsi düzgün deyil. Bundan əlavə, seçim zamanı əsas məsələlərdən biri dövlət sifarişli və ödənişli yerlərin yazılmasıdır. Adətən dövlət sifarişli yerlərdə keçid balı yüksək ola bilər, lakin bu, qrupa görə dəyişir. Məsələn, I qrupda 200 üstü balla da ödənişsizə düşmək olur”. 

O deyib ki, ixtisas seçimi zaman əmək bazarının tələbləri gözlənilməlidir: 

“Məsələn, mühəndislik informasiya texnologiyaları, logistika, neft-qaz mühəndisliyi, müəllimlik kimi sahələrə daim tələbat artır. İxtisas seçimi kodları aradıcıl yazmaq deyil, bal və marağın uyğunlaşdığı ixtisaslara diqqət ayırmaq lazımdır”. 

Ekspert qeyd edib ki, yeni ixtisaslar və keçid ballarını nəzərə alaraq düzgün ixtisas seçimi gələcəyimiz üçün əhəmiyyətlidir: 

“2025- ci ildə təhsil sisteminə 9 yeni ixtisas əlavə edilib. Bu ixtisasların keçid balı hələ bəlli olmasa da, təxmin etmək mümkündür. Məsələn, dietologiya ixtisasının keçid balının 500-dən çox olacağı gözlənilir, data analitikası ixtisasının da balının yuxarı olacağı düşünülür. 

Seçim zamanı əvvəlki illərin keçid balları, əmək bazarı, yeni ixtisaslarda formalaşa biləcək ballar, statistika, plan yerləri nəzərə alınmalıdır. Ümumiyyətlə, ixtisas seçimi gələcəyimizə yön verəcək qərar hesab olunur, ona görə maksimum diqqətli olmaq lazımdır. Seçim zamanı 15 yer yazmaq olur. 

Burada ilk beş yerə abituriyentin topladığı baldan yuxarı ixtisasları yazmaq olar, sonrakı beş yerə balımızın tam düşdüyü, sondakı beşliyə isə baldan aşağı yerləri yazmaq lazımdır. Bəzən abituriyentlərin xüsusi univerisitet istəyi olur, lakin əsas şərt ixtisasın düzgün seçilməsidir.

Yaxşı olar ki, seçilən ixtisas arzulanan universitetdə olsun. Lakin bu olmadıqda, ixtisasın düzgün müəyyən edilməsinə də diqqət etmək lazımdır”.Gülər 

“Cebheinfo.az”

 

Açar sözlər:

ixtisas seçimi Rizvan Fikrətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
cebheinfo.az

2Sources