EN

MSN-in xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərinin siyahısı genişləndirilib

Müdafiə Sənayesi Nazirliyinin müstəqil şöbələrin müdirləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru da Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısına daxil edilib.

Qeyd edək ki, hazırda “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunur.

Chosen
42
3
apa.az

4Sources