AZ

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

Müdafiə Sənayesi Nazirliyinin müstəqil şöbələrin müdirləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru da Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısına daxil edilib.

Qeyd edək ki, hazırda “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunur.

"Cebheinfo.az"

Seçilən
39
3
cebheinfo.az

4Mənbələr