ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.