AZ

Azyaşlı çayda boğuldu

  Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bu barədə Referans-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

Seçilən
17
3
referans.az

10Mənbələr