Türkiyənin "Çorumspor" klubu azərbaycanlı futbolçu Coşqun Diniyev ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasəndə xitam verilib.
Bu barədə klub rəsmi sosial media hesablarından məlumat yayıb.
C. Diniyev bu ilin fevralından I Liqa klubunda çıxış edirdi. O, burada 12 oyuna çıxıb və 2 qol vurub.