Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İordaniya Kral Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Qəzzaya 25 ton ərzaq yardımı və zəruri ləvazimat çatdırıb.
"Unikal" xəbər verir ki, missiyaya iki İordaniya C-130 təyyarəsi və bir BƏƏ təyyarəsi cəlb edilib və onlar yükü Qəzza zolağında bir neçə əraziyə atıblar.
Bununla Qəzzada müharibə başlayandan bəri İordaniya tərəfindən havadan atılan yardımın ümumi sayını 127-yə çatıb.
Bundan əvvəl İsrail Qəzzanın ən çox məskunlaşdığı üç bölgədə humanitar yardımın çatdırılmasına icazə verən “taktiki fasilə” elan etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.