AZ

Qəzzaya havadan yardım atıldı

İordaniya Kral Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Qəzzaya 25 ton ərzaq yardımı və zəruri ləvazimat çatdırıb. 

Avtosfer.az xəbər verir ki,  missiyaya iki İordaniya C-130 təyyarəsi və bir BƏƏ təyyarəsi cəlb edilib və onlar yükü Qəzza zolağında bir neçə əraziyə atıblar.

Bununla Qəzzada müharibə başlayandan bəri İordaniya tərəfindən havadan atılan yardımın ümumi sayını 127-yə çatıb. 

Bundan əvvəl İsrail Qəzzanın ən çox məskunlaşdığı üç bölgədə humanitar yardımın çatdırılmasına icazə verən “taktiki fasilə” elan etmişdi.

 

Seçilən
51
2
avtosfer.az

5Mənbələr