EN

KİV: İsrailin Qəzzaya zərbələri nəticəsində 53 fələstinli ölüb

​BAKI, 27 iyul. TELEQRAF

Qəzzada elan olunan “taktiki fasilələr”ə baxmayaraq, bazar günü səhər saatlarından bəri İsrailin Qəzzaya endirdiyi hücumlar nəticəsində azı 53 fələstinli həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, aclıq səbəbilə daha 6 nəfər dünyasını dəyişib.

Chosen
55
1
teleqraf.com

2Sources