Qəzzada elan olunan “taktiki fasilələr”ə baxmayaraq, bazar günü səhər saatlarından bəri İsrailin Qəzzaya endirdiyi hücumlar nəticəsində azı 53 fələstinli həyatını itirib.
Bakues.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, aclıq səbəbilə daha 6 nəfər dünyasını dəyişib.