
İngiltərə “Liverpul”unun rəhbərliyi komandanın doğma stadionu yaxınlığında mərhum portuqaliyalı futbolçu Dioqo Jotanın xatirəsinə xatirə heykəli qoymağı planlaşdırır.
Yeniavaz.comxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həmçinin, “Liverpul”un futbolçuları qarşıdan gələn mövsümdə Jotanın xatirəsinə - “Forever 20” loqosu olan köynəklər geyinəcəklər.
Qeyd edək ki, portuqaliyalı futbolçu komandada 20 nömrə altında çıxış edib. Futbolçunun ölümündən sonra “Liverpul” bu nömrəni təqaüdə çıxarıb.