Şimali Atlantika Alyansına (NATO) üzv ölkələr 2030-cu ilə qədər Rusiyaya hücum etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bunu "AiF"ə müsahibəsində Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bəyan edib.
O qeyd edib ki, Qərb tez-tez deyir ki, NATO 2030-cu ilə qədər Rusiyanın hücumuna hazırlaşmalıdır. Azarovun sözlərinə görə, Moskvanın bu cür hərəkətləri "məntiqi baxımdan" mümkün deyil.
"Əslində hər şey əksinədir. Əgər onlar Rusiyanın hücuma keçməsində bu qədər israrlıdırlarsa, bu, o deməkdir ki, onlar özləri belə hərəkətlər planlaşdırırlar. Başqa izahı yoxdur", - sabiq nazir bildirib.