EN

Silah-sursatlı Rusiya təyyarələri hər gün Gümrüyə enir: Moskva bölgəni “qan çanağı”na çevirəcək?

Son həftələr Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilib.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Gümrüdəki mənbələrə istinadən yazıb.

Bildirilir ki, hər gün yüklə dolu bir neçə təyyarə Gümrüyə enir. Bunun məqsədinə gəlincə, Gümrüdə ancaq fərziyyələr dolaşır.

“Biri odur ki, Rusiya hakimiyyətinin Ermənistanı buraxmaq məsələsi ilə bağlı soyuqqanlı davranışı göz qabağındadır, amma reallıqda onlar müxtəlif hadisələrin baş verəcəyi ərəfəsində “sığorta”lanırlar”. Üstəlik, bizə dedilər ki, Ermənistan hakimiyyətinin bundan xəbərsiz olması demək olar ki, mümkün deyil.

Chosen
8
publika.az

1Sources