EN

Sumqayıt”ın qapıçısı: “Mən buna heç fikir belə vermədim” MÜSAHİBƏ

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun Sport24.ax-a müsahibəsi- Komandanın yeni mövsümə hazırlığı necə keçir?- ⁠Hazırlıq həmişəki kimi davam edir. Artıq üç həftədir təlim-məşq toplanışı davam edir. Hamı istirahətdən qayıtdığı üçün ilk toplanış həmişə çətin olur. Çempionata hazır olmaq üçün bir az güc toplamaq lazımdır.- Yoxlama oyununda "İmişli" ilə qolsuz heç-heçə etdiniz. Bu matç haqqında nə deyə bilərsən?- Nəticə o qədər də önəmli deyil. Oyun praktikası və tonu əldə etmək vacibdir. Biz bir neçə kombinasiya üzərində işləyirdik. Hər qarşılaşmada bunun daha yaxşı olacağını düşünürəm. - Sumqayıt" artıq neçə həftədir yeni baş məşqçisi Saşa İliçin rəhbərliyi altında çalışır. Bu mütəxəssislə bağlı ilkin təəssüratların nələrdir?- ⁠Onunla tanış olmaq çox maraqlı idi. Çox yaxşı futbolçu karyerası olub. Komanda öz baxışını gətirəcək. Məncə, Saşa İliç kluba və hər oyunçuya çox şey verə bilər. - Premyer Liqada mövsümün püşkü atılıb. "Sumqayıt" ilk beş turda həm "Qarabağ" və "Neftçi" kimi iddialı komandalarla üz-üzə gələcək. Bu sizə çətinlik yaratmayacaq?- Mən buna heç fikir belə vermədim. Onsuz da tez və ya gec hər komanda ilə oynayacağıq. Rəqibdən asılı olmayaraq, çıxıb öz futbolumuzu tətbiq etməliyik.- Səncə, 2025/2026 mövsümündə "Sumqayıt"ın əsas hədəfi nə olmalıdır?- ⁠Məsələ burasındadır ki, klubumuza futbolçulardan kimin və nə vaxt gələcəyi çox önəmlidir. Transferlər həyata keçiriləcək. Çünki komanda hələ tam deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
sport24.az

2Sources