AZ

"Sumqayıt”ın qapıçısı: “Buna heç fikir belə vermədim” - MÜSAHİBƏ

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun Sport24.ax-a müsahibəsi

- Komandanın yeni mövsümə hazırlığı necə keçir?

- ⁠Hazırlıq həmişəki kimi davam edir. Artıq üç həftədir təlim-məşq toplanışı davam edir. Hamı istirahətdən qayıtdığı üçün ilk toplanış həmişə çətin olur. Çempionata hazır olmaq üçün bir az güc toplamaq lazımdır.

- Yoxlama oyununda "İmişli" ilə qolsuz heç-heçə etdiniz. Bu matç haqqında nə deyə bilərsən?

- Nəticə o qədər də önəmli deyil. Oyun praktikası və tonu əldə etmək vacibdir. Biz bir neçə kombinasiya üzərində işləyirdik. Hər qarşılaşmada bunun daha yaxşı olacağını düşünürəm.

- Sumqayıt" artıq neçə həftədir yeni baş məşqçisi Saşa İliçin rəhbərliyi altında çalışır. Bu mütəxəssislə bağlı ilkin təəssüratların nələrdir?

- ⁠Onunla tanış olmaq çox maraqlı idi. Çox yaxşı futbolçu karyerası olub. Komanda öz baxışını gətirəcək. Məncə, Saşa İliç kluba və hər oyunçuya çox şey verə bilər.

- Premyer Liqada mövsümün püşkü atılıb. "Sumqayıt" ilk beş turda həm "Qarabağ" və "Neftçi" kimi iddialı komandalarla üz-üzə gələcək. Bu sizə çətinlik yaratmayacaq?

- Mən buna heç fikir belə vermədim. Onsuz da tez və ya gec hər komanda ilə oynayacağıq. Rəqibdən asılı olmayaraq, çıxıb öz futbolumuzu tətbiq etməliyik.

- Səncə, 2025/2026 mövsümündə "Sumqayıt"ın əsas hədəfi nə olmalıdır?

- ⁠Məsələ burasındadır ki, klubumuza futbolçulardan kimin və nə vaxt gələcəyi çox önəmlidir. Transferlər həyata keçiriləcək. Çünki komanda hələ tam deyil.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr