Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15 437 milyard manat təşkil edib.
Pravda.az "Trend"ə istinadla xəbər verir ki, əmanətlərin həcmi cari ilin iyunun 1-nə nisbətən 374 milyon manat və ya 2.5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1.2 milyard manat və ya 8.8% artıb.
Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10 444 milyard manat, xarici valyuta ilə isə 4 993 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyun ayının 1-i ilə müqayisədə 308 milyon manat və ya 3%, illik müqayisədə isə 1 074 milyard manat və ya 11,5% artıb.
Xarici valyuta ilə isə bu göstərici 2025-ci il iyunun 1-nə olan rəqəmlərə nisbətən 66 milyon manat və ya 1.3%, illik nisbətdə isə 182 milyon manat və ya 3.8% artıb.