“Şaxtyor”un baş məşqçisi Arda Turan “Beşiktaş”la oyundan əvvəl Neymardan bəzi futbolçularını motivasiya etməsini istəyib.
Publika.az xəbər verir ki, bu barədə “PlaySpor” yazıb.
Turan və Neymar bir vaxtlar “Barselona”da birlikdə oynayıblar, ona görə də yaxşı münasibətdədirlər. Mənbənin məlumatına görə, türk məşqçi braziliyalı forvarddan həmyerliləri – Kevin, Eqinaldo və Allisonla danışaraq onlara motivasiya verməyi xahiş edib.