EN

“Neftçi”nin Aparat rəhbəri Avropa çempionu ilə görüşdü - FOTO

Şimali Makedoniyada cüdo üzrə keçirilən Avropa çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki,azərbaycanlı idmançı vətənə çempion kimi qayıdıb.

Belə ki, “Neftçi” İdman Klubunun yeniyetmə cüdoçusu Rəsul Əlizadə Skopyedəki birincilikdə mükafata layiq görülüb.

55 kq-da güləşən Rəsul Əlizadə (55 kq) inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib.

Rəsul Bakıya qayıtdıqdan sonra “Neftçi” İdman Klubunun İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqovla görüşüb.

Rəhbər Əlizadəni təbrik edərək onunla qürur duyduğunu bildirib, gələcək yarışlarda uğurlar arzulayıb.

Chosen
28
sportinfo.az

1Sources