EN

Makelele "Çelsi"dəki varisini açıqlayıb

"Çelsi"nin keçmiş dayaq yarımmüdafiəçisi Klod Makelele Moises Kaisedonu London klubunda öz varisi hesab edir.

"Report" xəbər verir ki, bu barədə "Championat" xəbər verir.

"Düşünürəm ki, onun böyük istedadı var. Moises təvazökardır, o, təbəssümlə oynayır və komanda yoldaşları üçün çox çalışır. Mən də oynayarkən eyni şeyi edirdim, zövq alırdım. Onda ehtiras var, o, döyüşçüdür. Düşünürəm ki, ehtiras və mübarizə istedad qədər vacibdir. O, mənim çox xoşuma gəlir. O, mənimlə müqayisə olunmaq istəmirdi, o, Kaisedo rolunu sınamaq istəyirdi. Vacib olan odur ki, mən "Real"dan "Çelsi"yə artıq kifayət qədər yetkin yaşda gəldim, o isə gəncdir, gənc oğlan üçün isə təcrübə olmadan dərhal "mən olmağa" çalışmaq çətindir. Mən oyunçuların öz işləri ilə məşğul olmalarını, öz hekayələrini yazmalarını üstün tuturam. Buna görə də mən xoşbəxtəm, çünki o, məhz bununla məşğuldur. Mənim nümunəmi götürüb öz yolu ilə inkişaf etmək - onun edə biləcəyi ən yaxşı şeydir", - Makelele bildirib.

Makelelenin hazırda 52 yaşı var. O, 2003-2008-ci illərdə "Çelsi"də çıxış edib. Londonluların heyətində iki dəfə İngiltərə çempionluğunu yaşayıb və Liqa Kubokunun qalibi olub, bir dəfə ölkənin Kuboku və Superkubokunu qazanıb.

Kaisedonun 23 yaşı var. O, 2023-cü ildə "Çelsi"yə keçib. Ekvadorlu futbolçu "mavilərin" tərkibində Klublararası dünya çempionatının və UEFA Konfrans Liqasının qalibi olub.

Chosen
72
2
report.az

10Sources