Allahverdi Yolçuyev işlə TƏMİN EDİLDİ - VİDEO
Ajans.az xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb: “Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”. Ajans.az aktyorun müsahibəsini sizllərə təqdim edir: