Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.
Yenisabah.az Baku TV-yə istinadla xəbər verir ki, bu barədə özü danışıb:
“Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edirəm. 2 dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim, mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”. pizza hut
Telegram kanalımız