EN

Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb Hakan Fidan

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən son görüş zamanı iki ölkənin liderləri – Vladimir Putin və Volodimir Zelenskinin mümkün görüşünün yeri və şərtləri müzakirə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Nazirin sözlərinə görə, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi prinsip etibarilə razılaşdırılıb:

“Danışıqları aparan nümayəndə heyətlərinə ciddi məsuliyyət düşür. Müzakirələr irəlilədikcə tərəflərin qarşılıqlı görüşə marağı daha da aydın görünür. Əgər bu cür davam etsə, aralıq bir kompromis həllin mümkün olacağına inanıram. Hələ də tərəflərin açıqlamadığı bəzi mövqelər mövcuddur. Biz isə bu prosesi dəstəkləmək üçün uyğun şəraiti formalaşdırmağa çalışırıq”, – deyə Fidan qeyd edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
66
2
globalinfo.az

3Sources