EN

İlk dəfə Azərbaycana ayaq basan braziliyalı: “Xoşbəxt və motivasiyalıyam”

Konfrans Liqasında mübarizəyə hazırlaşan “Araz-Naxçıvan” transferlərə ara vermir.

Buna qədər Bar Kohen və Çance Simakala Ba-Muaka iilə anlaşma əldə edən Muxtar Respublika təmsilçisinin növbəti transferi braziliyalı olub.

Sol cinah müdafiəçisi olan Bruno Franko ilə 1 illik müqavilə baölanıb.

27 yaşlı futbolçu “Araz-Naxçıvan”la müqavilə bağlayandan dərhal sonra “instagram” hesabında paylaşım edərək bu sözləri yazıb:

“Hazırda özümü xoşbəxt hiss edirəm və yeni çağırış üçün hədsiz motivasiyalıyam.

Mənə uğurlu layihə təqdim edən Azərbaycanda böyük bir kluba dəstək olacağım üçün qürur duyuram və böyük ümidlərlə komandaya qoşuluram.

Bu formanı Azərbaycan Premyer Liqasında və Konfrans Liqasında geyinməyi, klub və azarkeşlər üçün əlimdən gələni etməyi səbrsizliklə gözləyirəm.

Hər an yanımda olan insanlara təşəkkür edirəm. Bu yolu birlikdə gedək, “Araz”.

Bruno ötən mövsümü Bolqarıstanda – Sofiya “Lokomotiv”ində keçirib. Daha öncə bu ölkənin “Spartak” (Pleven) klubunda çıxış edib.

Avropaya gələnə qədər ölkəsində “Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim” klublarının şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
21
sportinfo.az

1Sources