EN

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) iki məzunu - Məmməd Balacanov və Elnur Məmmədli beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, Məmməd Balacanov BDU-da “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə magistratura təhsili alıb. Elnur Məmmədli isə “Kompüter elmləri” ixtisası üzrə bakalavriat təhsili alıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Qalibləri təbrik edirik!

Chosen
30
2
ikisahil.az

3Sources