EN

"Hayduk" Bakıda çox hiyləgər davrandı"

Futbol mütəxəssisi Azər Bağırov Sportinfo.az-a açıqlama verib.

O, "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la evdə bərabərliklə başa çatan (1:1) görüşü şərh edib:

"Zirə" ilk yarı yaxşı çıxış etdi. Brahim Konatenin oyundan çıxmasına kimi üstün tərəf olduq.

Rəqib bir qədər hiyləgər davrandı. Əsas heyətin bəzi oyunçularını ikinci yarıya saxlamışdı.

Onları meydana buraxandan sonra üstünlüyü tam ələ aldıqlarını demək olar".

Bağırov cavab görüşü öncəsi şansları da dəyərləndirib:

"Nəticəni birinci oyuna görə qənaətbəxş hesab etmək olar. İnanıram ki, məşqçilər korpusu bu görüşü analiz edib, cavab görüşünə daha yaxşı hazırlaşacaq.

Xorvatlar evdə daha aqressiv, daha istəkli olacaq. Bu da bir tərəfdən bizim üçün üstünlük ola bilər".

XANOĞLAN

Chosen
11
sportinfo.az

1Sources