BAKI, 25 iyul. TELEQRAF
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Şimali Atlantika Alyansı (NATO) Rusiyanın 2027-ci ilə qədər Avropa ölkələri ilə mümkün qarşıdurmaya hazır ola biləcəyindən narahatdır.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, bu ehtimal NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general AleksisQrinkeviç tərəfindən də təsdiqlənib.
“General Qrinkeviç mənimlə söhbətində amerikalı ekspertlərin fikirlərini təsdiqlədi ki, Rusiya 2027-ci ildə Avropa ilə, dolayısıyla Polşa ilə də qarşıdurmaya hazır ola bilər”, - deyə Tusk bildirib.
Polşa Baş naziri əlavə edib ki, bu cür proqnozlar NATO ölkələrinin müdafiə qabiliyyətlərini artırmaq və müttəfiqlərlə daha sıx əməkdaşlıq etmək zərurətini bir daha ortaya qoyur.