Ajans.az xəbər verir ki, onun sözlərinə görə, bu ehtimal NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksis Qrinkeviç tərəfindən də təsdiqlənib. “General Qrinkeviç mənimlə söhbətində amerikalı ekspertlərin fikirlərini təsdiqlədi ki, Rusiya 2027-ci ildə Avropa ilə, dolayısıyla Polşa ilə də qarşıdurmaya hazır ola bilər”, - deyə Tusk bildirib.

Polşa Baş naziri əlavə edib ki, bu cür proqnozlar NATO ölkələrinin müdafiə qabiliyyətlərini artırmaq və müttəfiqlərlə daha sıx əməkdaşlıq etmək zərurətini bir daha ortaya qoyur.