Hakan Fidan ilə Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı aparılıb.
Danışıq zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları müzakirə olunub.