"Nyukasl"ın hücumçusu Aleksandr İsak bu yay klubdan ayrılmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, isveçli futbolçu qərarını verib və "Liverpul"a transfer olmaq istəyir. 

Mersisayd təmsilçisi də Hüqo Ekitikeni heyətinə cəlb etməyinə baxmayaraq onunla maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İsak "Nyukasl" karyerasında 109 oyunda 62 qol vurmağı bacarıb. "Transfermarkt" portalına görə onun bazar dəyəri 120 milyon avrodur.