AZ

Isak “Liverpul”a keçmək istəyir, “Nyukasl” inad edir

İngiltərənin “Nyukasl” klubunun hücumçusu Aleksander Isak son günlərdə klubdakı vəziyyətindən narazıdır.

90deqiqe.Az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvard gələcəyi ilə bağlı qeyri-müəyyənlik və “Liverpul”dan gələn təklifi klub rəhbərliyinin rədd etməsi səbəbindən narahatlıq keçirir.

“Liverpul”un Isak üçün verdiyi 140 milyon avro təklifə baxmayaraq, “Nyukasl” rəhbərliyi futbolçunu komandada saxlamaq niyyətindədir.

Məlumatda bildirilir ki, isveçlinin özü “Liverpul”a keçmək arzusundadır.

Isak ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxaraq 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 120 milyon avro olaraq göstərir.

Seçilən
93
19
90deqiqe.az

10Mənbələr