EN

20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaragüney kəndində qeydə alınıb.

Kənd sakini Səfərağa Musayev suvarma kanalında boğulub.

Hazırda onun axtarışları davam edir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Chosen
93
2
qafqazinfo.az

10Sources