EN

"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq

"Google", Afrikada süni intellekt tədqiqatları, təlimləri və innovativ layihələri dəstəkləmək üçün 37 milyon dollar sərmayə elan edib.

Operativ Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, 37 milyon dollarlıq investisiyanın bir hissəsi olaraq Qananın paytaxtı Akkrada süni intellektlə bağlı icma mərkəzi yaradılacaq və yerli sahibkarlar, tədqiqatçılar və dil inkişafı layihələrinə maliyyə ayrılacaq. İnvestisiya ərzaq təhlükəsizliyinə yönəlmiş süni intellektlə əməkdaşlıq layihələrinə 25 milyon dollar ayıracaq.

İnnovasiyaları dəstəkləmək üçün səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox süni intellekt yönümlü startaplara qrantlar, texniki yardım və konsaltinq veriləcək.

 

Gözəl Azadəliyeva

Chosen
28
operativmedia.az

1Sources