EN

İctimai Birliyin sədri, şəhid anası Ceyran Həsənova QHT.az-ın qonağı olub

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-ın qonağı olub.

QHT.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən və "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" layihəsi barədə fikir mübadiləsi aparılıb. Layihənin məqsədləri, ictimai əhəmiyyəti və gələcək perspektivləri ətrafında müzakirələr keçirilib. Eyni zamanda, QHT.az platforması ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyi arasında əməkdaşlıq imkanları dəyərləndirilib.

Ceyran Həsənovaya məsuliyyətli və vacib fəaliyyətində uğurlar arzulayırıq.

Chosen
34
qht.az

1Sources