Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Karvan" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.
Premyer Liqanın debütantı Elvin Yunuszadə ilə anlaşıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ” klubunda forma geyinib.