AZ

"Karvan" növbəti transferinin adını açıqladı

Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Karvan" növbəti transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb. 

Premyer Liqanın debütantı Elvin Yunuszadə ilə anlaşıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ” klubunda forma geyinib.

Seçilən
26
fanat.az

1Mənbələr