Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Nizami və Xətai rayonlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 77-DF-979 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü yaşayış zonasında təhlükəli manevrlər edib. Belə ki, döngəyə sərt girən sürücü yol boyu “sağ-sol” edərək piyadalara və park edilmiş avtomobillərə təhlükə yaradıb. Eyni zamanda o, avtomobiliin dövlət qeydiyyat nişanını çıxararaq idarə edib.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.