EN

Vaşinqton Misir üçün istisna edib | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi belə məlumat yayıb.

“Potensial sövdələşməyə “NASAMS” HHM sisteminin və müvafiq avadanlıqların, həmçinin dörd “AN/MPQ-64F1 Sentinel” radarının, rabitə avadanlığının, təlim raketlərinin, simulyatorların, ehtiyat hissələrinin və təmir əşyalarının satışı daxildir. Misir hökuməti daha əvvəl bu silahların ABŞ-dən alınması üçün müraciət edib”,- sənəddə vurğulanır.

Bəyanata əsasən, Misirin “NASAMS” sistemini alması bölgədəki hərbi güclərin əsas balansını dəyişməyəcək və NATO-dan kənar əsas müttəfiqin təhlükəsizliyini artırmaqla ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini irəli aparacaq.Həmçinin, təklif olunan sövdələşmənin Amerika ordusunun müdafiə qabiliyyətinə mənfi təsir göstərməyəcəyi vurğulanır.

- Misir külli miqdarda Amerikanın xarici hərbi maliyyələşdirməsinin ənənəvi alıcısıdır - Birləşmiş Ştatlar bu vəsaiti digər ölkələrin müdafiə qabiliyyətini gücləndirmək üçün ayırır. İsraillə yanaşı, Misir Dövlət katibi Marko Rubionun bu ilin yanvarında xarici ölkələrə hərbi maliyyələşdirməni dayandırmaq qərarında istisna təşkil edib”,- “Breaking Defence” portalı bildirib.


Sahil İsgəndərov
AzVision.az

Chosen
58
1
azvision.az

2Sources