ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi belə məlumat yayıb. “Potensial sövdələşməyə “NASAMS” HHM sisteminin və müvafiq avadanlıqların, həmçinin dörd “AN/MPQ-64F1 Sentinel” radarının, rabitə avadanlığının, təlim raketlərinin, simulyatorların, ehtiyat hissələrinin və təmir əşyalarının satışı daxildir. Misir hökuməti daha əvvəl bu silahların ABŞ-dən alınması üçün müraciət edib”, - sənəddə vurğulanır. Bəyanata əsasən, Misirin “NASAMS” sistemini alması bölgədəki hərbi güclərin əsas balansını dəyişməyəcək və NATO-dan kənar əsas müttəfiqin təhlükəsizliyini artırmaqla ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini irəli aparacaq.Həmçinin, təklif olunan sövdələşmənin Amerika ordusunun müdafiə qabiliyyətinə mənfi təsir göstərməyəcəyi vurğulanır. - Misir külli miqdarda Amerikanın xarici hərbi maliyyələşdirməsinin ənənəvi alıcısıdır - Birləşmiş Ştatlar bu vəsaiti digər ölkələrin müdafiə qabiliyyətini gücləndirmək üçün ayırır. İsraillə yanaşı, Misir Dövlət katibi Marko Rubionun bu ilin yanvarında xarici ölkələrə hərbi maliyyələşdirməni dayandırmaq qərarında istisna təşkil edib”, - “Breaking Defence” portalı bildirib.
Sahil İsgəndərov
AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.