Olaylar.az xəbər verir ki, bu barədə "Orda.kz" Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, "EC-145 Eurocopter" tipli helikopter iyulun 25-də Jambıl vilayətinin Otar kəndi yaxınlığında radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.
Hadisə ilə bağlı dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb və komissiya üzvləri hadisə yerinə ezam olunub.
Helikopter 2020-2021-ci illərdə istismara qəbul edilib.
Qeyd edək ki, ötən gün Rusiyada da oxşar hadisə baş verib. "An-24" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 49 nəfər həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31