"Turan Tovuz"un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iyulun 29-da İran çempionu "Traktor"la nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq.
Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Yoxlama oyununun komandaların hazırlıq planındakı dəyişiklik və klubdan asılı olmayan səbəblərdən keçirilməyəcəyi bildirilib.