EN

12 günlük müharibə zamanı  İranda onlarla tibb işçisi yaralanıb 

Vətəninfo.az xəbər verir ki, İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər bildirib ki, son 12 gün ərzində baş verən silahlı toqquşmalar zamanı 20 tibb işçisi yaralanıb.

Hücumlar nəticəsində 6 tibb məntəqəsi partlayış dalğasından zədələnib, müxtəlif hücumlar zamanı 11 təcili yardım maşını yararsız hala düşüb.

Rəsmi məlumatlara görə, bu müddət ərzində təxminən 6 min yaralı xəstəxanalara köçürülüb. Zədələnmiş tibb mərkəzlərinin yenidən qurulması prosesi artıq başlayıb.

Chosen
37
veteninfo.az

1Sources