“Feyenoord” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisi “Benfika”dan Kaspes Tenqstedti transfer edib. Danimarkalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Kasper ötən mövsümü “Verona”da icarədə keçirib. O, A Seriyasında 25 oyunda 6 qol vurub.