EN

Tailand-Kamboca münaqişəsində ölənlərin sayı açıqlandı

Kambocanın endirdiyi zərbələr nəticəsində Tailandda 15 nəfər həlak olub. Onlardan 14-ü mülki şəxsdir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücumlarda 46 nəfərin yaralandığı deyilir.

Tailand-Kamboca sərhədində bir gün əvvəl başlayan döyüşlər iyulun 25-i cümə günü səhər saatlarınadək davam edib. Tailand silahlı qüvvələri Kambocanın mülki hədəflərə qarşı "Qrad"lardan istifadə etdiyini bildirib.

"Kamboca qoşunları ağır artilleriya və "BM-21 Qrad" çoxsaylı raket buraxılış sistemləri də daxil olmaqla, Tailandı davamlı atəşə tutur. Tailand qoşunları əks həmlələrlə adekvat cavab verib", - Tailand quru qüvvələri komandanlığı bildirib. Kamboca qoşunlarına qarşı 155 mm-lik silahlardan istifadə edilib.

Chosen
35
publika.az

1Sources