EN

Almaniya Avropada ən güclü ordunu yaradacaq

Almaniya hökuməti hər il 40 minə qədər 18 yaşlı vətəndaşı könüllü hərbi xidmətə cəlb etmək üçün proqram hazırlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) Almaniya Müdafiə Nazirliyinin planına istinadən məlumat verib.

"2031-ci ilə qədər biz çevik şərtlər və rəqabətqabiliyyətli əməkhaqqı təklif etməklə, hədəf göstəricisinə çatacağıq", - deyə qurumun sənədində bildirilib.

Bundesver sayının 2035-ci ilə qədər 182 mindən 260 minə çatdırılması planlaşdırılır. Ehtiyat kontingent isə 60 min nəfərdən 200 min nəfərə qədər artacaq.

Chosen
62
3
moderator.az

5Sources