Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasının baş məşqçisi Jorje Jesus uşaqlığını xatırlayıb.
Publika.az xəbər verir ki, 70 yaşlı mütəxəssisin sözlərini “A Bola” sitat gətirib.
“Atam ailə üçün işləyirdi, hətta xəstə olanda da işə gedirdi. Çünki pul çatmırdı. 17 yaşımdan “Sportinq”də kiçik məşqçi işləyirdim və o vaxt atamdan çox qazanırdım.
Qazandığım pulu anama verirdim. Atam mənimlə fəxr edirdi, çünki “Sportinq”də işləməyə getmişdim. Amma ata-anam bizə maddi yardım göstərmirdi. Amma atam mənə daim mənvi dəyərlər aşılayırdı”, – Jesus bildirib.